...

Azərbaycanın cənubunda 248 HİV daşıyıcısı var

Cəmiyyət Materials 31 Oktyabr 2008 12:52 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 31 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən və İranla sərhəd olan (paytaxt Bakıdan 270 km məsafədə) Lənkəran rayonunda bu ilin 10 ayında 29 QİÇS xəstəsi aşkarlanıb.

Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov cümə günü Trend -a bildirib ki, rayon üzrə 162 QİÇS xəstəsi qeydiyyata alınıb. Onlardan 139-u kişi, 23-ü qadındır.

1999-cu ildən indiyədək rayonda 21, bu ilin 10 ayında 3, oktyabr ayında isə 1 QİÇS xəstəsi dünyasını dəyişib.

Bölgə üzrə qeydiyyata alınan HİV daşıyıcılarının sayı isə 248 nəfərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti