...

Azərbaycanın "Araz" futzal klubunun UEFA kubokundakı oyunlarını idarə edəcək hakimlər müəyyən olunubl

Cəmiyyət Materials 3 Noyabr 2008 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubunun UEFA kubokundakı oyunlarını idarə edəcək hakimlər müəyyən ounub. Bu barədə Trend - a AFFA -nın mətbuat xidmətindən məlumat verilib.

"Araz" klubu noyabrın 8 -dən 11 - dək Xorvatiyada keçiriləcək UEFA kubokunun elit mərhələsində işirak edəcək. Komanda sentyabrda Bakıda keçirilən seçmə mərhələdə qrup lideri olaraq elit mərhələyə vəsiqə qazanıb.

"Araz"ın oyunlarını Abdullah Benazzi (Hollandiya), Stefan Kammerer (Almaniya), Yan Kresta (Çexiya) və Karoli Torok (Macarıstan) idarə edəcəklər.

"Araz" Xorvatiyaya noyabrın 7- də yola düşəcək. Komanda noyabrın 8 -də "Nasional" (Xorvatiya), 9 -da "Dinamo" (Rusiya), 11 - də "Odorheu" (Rumıniya) ilə qarşılaşacaq. Qrup qalibi olan komanda "dördlər finalı"na vəsiqə qazanacaq.

"Araz"ın baş məşqçisi Böyükağa Hacıyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti