...

Azərbaycanın qərbində fəaliyyət göstərən dini icmaların sayı azalıb

Cəmiyyət Materials 14 Noyabr 2008 14:38 (UTC +04:00)

Azərbaycan, Gəncə, 14 noyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) rayonlarda fəaliyyət göstərən dini icmaların sayı azalıb.

"Bəzi dini icmaların bir neçə ünvanda fəaliyyət göstəriməsinin qarşısı alınıb. İndi dini icma yalnız qeydiyyatdan keçdiyi ünvanda fəaliyyət göstərə bilər. Bəzi dini icmalar Bakıda qeydiyyatdan keçərək, regionlarda öz nümayəndəliklərini yaradırdılar", - Trend -un məlumatına görə, cümə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin sədri Firdovsi Kərimov Gəncədə Beynəlxalq Tolerantlıq gününə həsr edilən tədbirdə bildirib.

Azərbaycanın qərbində yerləşən Gəncə, Samux, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göy-Göl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Goranboy və Naftalanda 52 dini icma var. Ötən il isə bunların sayı 60 olub.

İl ərzində Gəncədə dini kitab satışı ilə məşğul olan mağaza və səyyar satış obyektlərinə baxış keçirilən zaman satışı qadağan edilən yeddi adda 22 nüsxə dini ədəbiyyat götürülüb.

Kərimov bildirib ki, Gəncədə radikal vahabilərin heç bir təhlükəsi yoxdur.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti