...

Azərbaycanda ilk İnternet-futbol qəzeti fəaliyyətə başlayıb

Cəmiyyət Materials 17 Noyabr 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanda ilk İnternet-futbol qəzeti fəaliyyətə başlayıb. Bu barədə Trend -a portalın redaktoru Aydın Bağırov məlumat verib.

"525-ci qəzet"in əlavəsi kimi fəaliyyət göstərən "qol.az" adlı sayt dünya və Azərbaycan futbolunda baş verənləri online rejimdə işıqlandıracaq.

Sayt "525-ci qəzet"in 17 yaşının tamam olduğu gün - noyabrın 17-də istifadəçilərə təqdim olunub.

Portalın rəhbəri Mirhacib Məciddir.

Hələ ki, yalnız Azərbaycan dilində fəaliyyət göstərən idman saytı yaxın zamanlarda rus dilində də yayımlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti