...

AFFA Azərbaycanın "Simurq" futbol klubunu 2000 mant cərimə edib

Cəmiyyət Materials 18 Noyabr 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir R.Ergün/ "Simurq" futbol klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi tərəfindən 2000 manat cərimə edilib. Bu barədə Trend -a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat verib.

İntizam Komitəsi bazar günü Azərbaycan Premyer-Liqasının 11-ci turu çərçivəsində keçirilən "Simurq" - "Bakı" oyunu başa çatdıqdan sonra azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Zaqatalanı təmsil edən klubu cəzalandırıb.

"Simurq" "Bakı"ya 2:1 hesabı ilə qalib gəlib. Komanda hazırda 26 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Mətbuat xidmətinin məlumatına görə, "İnter" klubu "Qarabağ"la oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə edilib.

"İnter" - "Qarabağ" oyunu 1:1 hesabı ilə başa çatıb.

Hazırda 25 xalı olan "İnter" Premyer-Liqanın turnir cədvəlində 3-ci pilləni tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti