Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanov çıxış etdiyi Türkiyənin "Boluspor" klubunun "Kayseri Erciyesspor"la keçirəcəyi oyunda iştirak edə bilməyəcək. Bu barədə cümə günü Türkiyə mətbuatı məlumat verib.
Qurbanov Türkiyənin birinci liqasında çıxış edən "Boluspor"un ötən həftə "Adanaspor"la keçirdiyi oyunda da iştirak edə bilməmişdi.
Azərbaycanlı futbolçu "Sakaryaspor"la görüşdə zədələndikdən sonra "Boluspor"un həkimləri onun birinci liqanın oyunlarında iştirak etməsinə icazə verməyib.
Qurbanovla yanaşı, "Boluspor"un daha iki futbolçusu oyunun keçiriləcəyi Kayseri şəhərinə aparılmayıb.
"Kayseri Erciyesspor" - "Bolusor" oyunu sabah keçiriləcək.
Qurbanov "Boluspor"dan əvvəl Türkiyənin Superliqa klubu olan "Sivasspor"da çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]