...

Voleybol üzrə Türkiyə yığması Azərbaycan millisi ilə oyunun hazırlıqlarına başlayıb

Cəmiyyət Materials 3 Dekabr 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Qadın voleybolçulardan ibarət Türkiyənin gənclər yığma komandası Azərbaycan millisi ilə oyunun hazırlıqlarına başlayıb.

Trend -un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gənc voleybolçular arasında 2009-cu ildə keçiriləcək Avropa çempionatının (AÇ) seçmə qrup mərhələsinin hazırlıqlarına dünəndən start verilib.

AÇ-nin seçmə oyunları 2009-cu ilin yanvar ayının 7-11-i aralığında Tükiyənin Alaniya şəhərində keçiriləcək.

Azərbaycan və Türkiyənin yer alıdığı qrupda Fransa, Slovakiya, Portuqaliya və İsrail komandaları da mübarizə aparacaq. AÇ-nin final mərhələsinə qrupda ilk iki yeri tutan komandalar vəsiqə qazanacaq.

Final mərhələsinin oyunları 2009-cu il aprel ayının 5-9-u aralığında Hollandiyanın Rotterdam şəhərində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti