...

"Valyadolid" futbol klubuna baxışa gedən Azərbaycan yığmasının kapitanı bu gün geri qayıda bilər

Cəmiyyət Materials 19 Dekabr 2008 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir R.Ergün/ İspaniyanın "Valyadolid" futbol klubunda baxışdan keçən Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov bu gün geri qayıda bilər. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Sadıqov İspaniyaya dekabrın 14-də gedib. O, İspaniyada olduğu müddətdə "Valyadolid" klubunun ikinci komandasında məşq edib.

Müdafiəçi mövqeyində çıxış edən futbolçunun İspaniyaya növbəti dəfə gələn ilin yanvar ayında gedəcəyi gözlənilir. "Valyadolid" klubunun rəhbəriyi Sadıqovla bağlı son qərarı yanvar ayında verəcək.

Sadıqov Yunanıstanın OFİ, Türkiyənin "Boluspor" klublarından da təkif alıb.

26 yaşlı müdafiəçi hazırda müqavilə ilə Bakının "Neftçi" klubuna məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti