...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubunun əsas məqsədi dövrəni 22 xalla başa vurmaqdır – klub prezidenti

Cəmiyyət Materials 19 Dekabr 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubunun prezidenti Necip Çarıkçı birinci dövrəni 22 xalla başa vurmaq istədiklərini bildirib.

"Sonuncu oyunda üç xal qazanmağa çalışacağıq. "Güngören Belediyyespor"la keçirəcəyimiz həmin görüşə çox ciddi hazırlaşırıq. Əsas məqsədimiz birinci dövrəni 22 xalla başa vurmaqdır", - Türkiyə mətbuatına Çarıkçı deyib.

Hesabında 19 xalı olan "Boluspor" Türkiyə birinci liqasında 13 - cü yerdədir.

Qurbanov "Boluspor" a Türkiyənin Superliqa klubu olan "Sivasspor"dan transfer olunub.

"Boluspor"un prezidenti bildirib ki, komandaya transfer olunması gözlənilən yeni futbolçularla bağlı məsələ "Güngören Belediyyespor"la oyundan sonra müzakirə olunacaq.

"Boluspor" Azərbaycan yığma komandasının və Bakının "Neftçi" klubunun müdafiəçisi Rəşad Sadıqovu transfer etmək istəyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti