...

Azərbaycanda il ərzində seysmoloji vəziyyətin sabit olacağı gözlənilir -- Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru

Cəmiyyət Materials 21 Yanvar 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir V.Məmmədova/ Azərbaycanda il ərzində seysmoloji vəziyyətin sabit olacağı gözlənilir, -- bu barədə çərşənbə günü Trend -a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli məlumat verib.

"Bu il yanvarın ilk 20 günündə ölkə ərazisində 4 - 5 yeraltı təkan qeydə alınıb ki, bu da təhlükəli hal sayılmır", - Yetirmişli əlavə edib.

Onun sözlərinə görə, 2007-ci illə müqayisədə, ötən il  seysmik norma fon səviyyəsində olub.

2008 - ci ildəki təkanlar içərisində 14 hiss olunan zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü dekabrın 19- da Pirquludan 17 km şimal - qərbdə,  Rixter  cədvəli üzrə 5 bal gücündə baş verib.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində - Pirquluda 4,5 bal, Dəmirçi qəsəbəsində 4,5, Şamaxıda 4,5 bal, İsmayıllıda 3,5 bal intensivliyində hiss olunub. Bu zəlzələ nəticəsində köhnə tikililərdə çatlar əmələ gəlib, insan təlafatı qeydə alınmayıb.

Azərbaycanda insan tələfatı ilə nəticələnən zəlzələ sonuncu dəfə 2000 - ci il noyabrın 25 -də paytaxt Bakıda baş verib -- 6 bal gücündə.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti