...

Gənclər və İdman Nazirliyinin bu il əsas priroteti Azərbaycan gənclərinin məşğulluq probleminin həllidir

Cəmiyyət Materials 30 Yanvar 2009 16:50 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin bu il əsas priroteti Azərbaycan gənclərinin məşğulluq probleminin həllidir

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Gənclər və İdman Nazirliyi üçün 2009 - cu ildə əsas prioritet gənclərin məşğulluq probleminin həlli olacaq.

"Azərbaycan gənclərinin məşğulluğu ölkənin əsas problemlərindən biridir. Bu problemin həlli nazirliyin diqqət mərkəzindədir", - gənclər və idman naziri Azad Rəhimov cümə günü jurnalistlərə bildirib.

14 -29 yaşlı gənclər Azərbaycan əhalisinin 60 faizini təşkil edirlər.

Nazirlik iş yerləri yarada və müəssisələr inşa edə bilməz, - Rəhimov deyib. " Nazirlik karyera mərkəzlərinin açılmasına, əmək yarmarkalarının keçirilməsinə dəstək göstərir. İqtisadi Universitetində karyera mərkəzinin açılmasından sonra ali təhsil məktəblərinin 700 məzunu işlə təmin olunub", - nazir deyib.

Bu il karyera mərkəzlərinin açılması və əmək yarmarkalarının keçirilməsi üzrə fəaliyyət davam etdiriləcək, - nazir qeyd edib.

Bakıda gənclər şəhərciyi və Gənclər Evinin inşası ideyası bu il həyata keçirilməyəcək, - nazir bildirib. "Bu ideyaların həyata keçirilməsi maliyyə ilə bağlıdır. Dünya maliyyə böhranı fonunda, cari ildə bu layihələrin həyata keçirilməsi qeyri - mümkündür", - Rəhimov deyib.

Nazirliyin sərmayə proqramı və büdcəsində gənclər şəhərciyinin inşası üçün imkanlar yoxdur, - nazir bildirib. "Bakı şəhəri İcra Hakimiyyəti gənclər şəhərciyinin inşası üçün nazirliyə torpaq sahəsi ayırıb. Onun tikintisinə sahibkarlar cəlb edilməlidir. Lakin bu il maliyyə böhranı ilə əlaqədar Bakıda yeni binaların inşası qismən dayandırılıb", - Rəhimov deyib.

Gələcəkdə gənclər şəhərciyində mənzillər gənc ailələrə pulsuz verilməyəcək, - Rəhimov bildirib. "Nazirlik gənc ailələrə aşağı faiz dərəcəsi ilə və ilkin ödənişsiz uzunmüddətli ipoteka kreditinin ayrılmasının lehinə çıxış edir", - nazir əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti