Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət "Rabitə" voleybol klubu "Çelens kuboku"nun 1/4 final mərhələsində mübarizəni dayandırıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat verib.
Azərbaycan voleybolçularının "Çelens kuboku"nun növbəti mərhələsinə gedən yolunu İspaniyanın "Albasete" klubu kəsib. İspaniyada keçirilən cavab görüşü 3:1 hesabı ilə "Albasete"nin xeyrinə nəticələnib.
Azərbaycanın Quba şəhərində keçirilən ilk oyunda da "Albasete" 3:1 hesabı ilə qələbə qazanmışdı.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]