...

Ortaq türk kanalı altı dildə yayımlanacaq – TRT telekanalının rəhbəri

Cəmiyyət Materials 21 Mart 2009 15:15 (UTC +04:00)
Ortaq türk kanalı altı dildə yayımlanacaq – TRT telekanalının rəhbəri

Türkiyə, Ankara, 21 mart / Trend , xüsusi müxbir E. Hüseynli /

Ortaq türk kanalı altı dildə iyirmi dörd saat ərzində yayımlanacaq. Bu barədə Ankarada jurnalistlərə TRT kanalının rəhbəri İbrahim Şahin məlumat verib.

Onun sözlərinə görə, yeni kanalda türk dövlətlərinin dilində türk xalqlarının tarixi haqqında filmlər yayımlanacaq.

Bu gün axşam türk, Azərbaycan, qazax, özbək, qırğız və türkmən dillərində yayımlanacaq ortaq türk kanalının rəsmi açılışı olacaq. Açılışda Türkiyə rəsmiləri - Baş nazir və prezidentin çıxışı gözlənilir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov, millət vəkili Qənirə Paşayeva, İctimai Teleradio Şirkətinin sədri İsmayıl Ömərov, Az.TV-nin rəhbəri Arif Alişanov və başqaları daxildir.

Ortaq türk kanalının adı hələ ki, açıqlanmır, kanalın adı rəsmi olaraq açılış mərasimində elan olunacaq. Etibarlı mənbədən alınan məlumata görə, kanalın AVAZ-TV adlandırılması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti