...

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb

Cəmiyyət Materials 27 Mart 2009 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir E.Rüstəmov/ Bakının cəzaçəkmə müəssisəsinə narkotik kecirmək istəyən şəxs saxlanılıb.

Azərbaycan Penitensiar Xidmətin ictimayyətlə əlaqələr şöbəsindən cümə günü Trend -a verilən məlumata görə, 6 saylı ümumi rejimli cəzacəkmə müəssisəsində Teymurov Zaur Tahir oğluna

gətirilən sovgatdan 31 qram narkotik maddə - heroin tapılıb.

Narkotik məhkum Teymurova tanışı - 26 yaşlı Yardımlı rayon sakini Dadaşov Ruslan Hüseynağa oğlunun gətirdiyi sovqata baxış zamanı, bir ədəd çiy toyuğun içərisində aşkarkanıb.

Faktla baglı toplanmış materiallar aidiyyatı üzrə Bakı şəhəri Nizami RPİ-in İstintaq şöbəsinə göndərilib.

Məhkum Teymurov buna qədər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələdüzluq (178.2.3); rəsmi sənədləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərin istifadə etmə (320.1), maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib və 6 saylı ümumi rejimli cəzacəkmə müəssisəsində saxlanılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti