...

Azərbaycanın hər bir təhsil müəssisəsi təhlükəsizliyini qorumağa borcludur - nazir

Cəmiyyət Materials 4 May 2009 10:49 (UTC +04:00)
Azərbaycanın hər bir təhsil müəssisəsi təhlükəsizliyini qorumağa borcludur - nazir

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir C.Babayeva/  

Azərbaycanın təhsil naziri bəyan edib ki, ölkənin hər bir təhsil müəssisəsi özünü və orada təhsil alanların təhlükəsizliyini qorumağa borcludur və bunun üçün onların kifayət qədər imkanı var.

"Bəzi təhsil müəssisələrinin rəhbərləri bildirirlər ki, təhlükəsizliyin təmini üçün dövlət kifayət qədər vəsait ayırmır. Fikrimcə, istəyi olan təhsil müəssisəsinin rəhbəri təhlükəsizliyi tam təmin edə bilər. Bunun üçün kifayət qədər imkan var", - bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Mayın 1-də şübhəli şəxs qismində saxlanılan 1984-cü il təvəllüdlü Əliyev Nadir Şirxan oğlu Qədirov Fərda Əsəd oğlunun həmkəndlisi və onunla yaxın münasibətlərdə olub.

Təhsil nazirinin sözlərinə görə, təhsil müəssisələrinin giriş-çıxışının kart sisteminə keçidi üçün araşdırmalara başlanılıb.

"15-20 min tələbəsi olan təhsil müəssisəsinin giriş-çıxışının kart sisteminə keçidi asan məsələ deyil. Bu, müəyyən problemlər yarada bilər", - Mərdanov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti