...

Azərbaycan dueti "Eurovision-2009" müsabiqəsinin finalına çıxdı

Cəmiyyət Materials 15 May 2009 02:29 (UTC +04:00)
Azərbaycan dueti "Eurovision-2009" müsabiqəsinin finalına çıxdı

Azərbaycan, Bakı, 15 may / Trend müxbir V.İmanov / Moskvada "Olimpiyski" idman kompleksində "Eurovision-2009" mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Gözəl çıxışları ilə yadda qalan Aysel Teymurzadə ilə Araş finala vəsiqə qazanıblar. Çıxışlar başa çatdıqdan sonra ilk olaraq aparıcılar Natalya Vodyanova və Andrey Malaxov Azərbaycan təmsilçilərinin finala adladıqlarını elan ediblər.

Mütəxəssislərin fikrincə, ən güclü iştirakçılar və qələbəyə namizədlər məhz ikinçi yarımfinalda çıxış edənlər arasında yer alıblar.

İkinci yarımfinal iştirakçılarının çıxışının ardıcılığı (ölkə, mahnı ifaçısı).

1)Xorvatiya, İqor Sukrov, "Lijepa Tena", 2) İrlandiya, Sinead Mulvey & Black Daisy qrupu, " Et Cetera", 3) Latviya, İntars Busulis, " Probka ", 4) Serbiya, Marko Kon & Milaan, " Cipela", 5) Polşa, Lidiya Kopaniya, "I Don't Wanna Leave", 6) Norveç, Aleksandr Rıbak, "Fairytale", 7) Cənubi Kipr, Kristina Metaksa, "Firefly", 8) Slovakiya, Kamil Mikulçik və Nela Potsiskova, "Let tmou", 9) Danimarka, Nils Brink, "Believe Again", 10) Sloveniya, Quartissimo feat. Martina, "Love Symphony", 11) Macarıstan, Adok Zoli, "Dance With Me", 12) Azərbaycan, Aysel və Araş, "Always", 13) Yunanıstan, Sakis Ruvas, "This Is Our Night", 14) Litva, Saşa Son, "Love", 15) Moldova, Nelli Çobanu,  "Hora din Moldova", 16) Albaniya, Keysi Tola, "Carry Me In Your Dreams ", 17) Ukrayna, Svetlana Loboda, "Be my Valentine", 18) Estoniya, Urban Symphony qrupu, "Randajad", 19) Niderland,  The Toppers qrupu, "Shine".

Beləliklə ikinci yarımfinalın nəticələrinə əsasən Türkiyə, İsveç, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya və Herseqovina, Rumıniya, Ermənistan, İslandiya, Fransa, Rusiya, Almaniya, Böyük Britaniya və İspaniyaya Azərbaycan, Xorvatiya, Ukrayna, Litva,  Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç və Yunanıstan təmsilçiləri qoşulublar.

Müsabiqənin finalı mayın 16-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti