...

Azərbaycanlı futbolçu rekord göstərici əldə edib

Cəmiyyət Materials 18 May 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Bакı, 18 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın "Bakı" futbol klubunun oyunçusu Mahmud Qurbanov onuncu dəfə ölkə çempionu olub.

Təcrübəli yarımmüdafiəçi bundan əvvəl üç dəfə Gəncə şəhərinin "Kəpəz" komandasının heyətində oynayarkən Azərbaycan çempionu adını qazanıb. Qurbanov Şəmkir rayonunun eyniadlı komandasının və Bakının "Neftçi" klubunun hər birində iki dəfə qızıl medal əldə edib. Bundan sonra təcrübəli orta sahə oyunçusu Lənkəranın "Xəzər Lənkəran" və Bakının "İnter" klublarının heyətində də hər birində bir dəfə ölkə çempionu olub.

Qurbanov bazar ertəsi Trend -a bildirib ki, Azərbaycanda bu rekordu eldə etdiyi üçün özünün xoşbəxt futbolçu hesab edir.

"İstəyim - Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqdır", - futbolçu əlavə edib.

Bakının eyniadlı klubu ötən bazar günü ikinci dəfə Azərbaycan Premyer Liqasının qalıbı olub. Komanda çempionatın son görüşündə Salyanın "Muğan" komandasını 4:0 hesabı ilə məğlub edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti