...

Azərbaycanın avarçəkmə üzrə milli komandası Avropa çempionatında iki medal qazanıb

Cəmiyyət Materials 29 İyun 2009 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın avarçəkmə üzrə milli komandası Avropa çempionatında iki medal qazanıb.

"Almaniyanın Brandenburq şəhərində başa çatan kayak və kanoe üzrə Avropa çempionatında ilk dəfə Azərbaycanın milli komandası da çıxış edib", - bazar ertəsi Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirilib.

3 kanoeçi və 1 kayakçımızın mübarizə apardığı yarışda 27 dəst medalın çoxu təşkilatçı ölkə və Macarıstan avarçəkənlərinə qismət olub. Almaniyanın kayak və kanoeçiləri ümumilikdə 20 medal (6 qızıl, 9 gümüş, 5 bürünc) qazanıblar. İkinci yeri 17 medalla (6 qızıl, 9 gümüş, 2 bürünc) Macarıstan, üçüncü yeri isə 6 medalla (4 qızıl, 1 gümüş, 1 bürünc) Belarus tutub. 1 qızıl, 1 bürünc medal qazanan Azərbaycan millisi isə Ukrayna ilə birgə 9-10-cu yerləri bölüşdürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti