...

Azərbaycanda həbsdə olan türkiyəli iş adamı ailə üzvləri ilə görüşüb

Cəmiyyət Materials 17 İyul 2009 17:33 (UTC +04:00)
Hüseyn Arabulun vəkili Abbas Atakişi cümə günü Trend News-a bildirib ki, iş adamının ailə üzvləri bir neçə dəfə işin istintaqını aparan müstəntiqə və Baş Prokurorluğa görüş üçün müraciət edib və müraciət müsbət cavablandırılıb.
Azərbaycanda həbsdə olan türkiyəli iş adamı ailə üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda həbsdə olan türkiyəli iş adamı ailə üzvləri ilə görüşüb.

Hüseyn Arabulun vəkili Abbas Atakişi cümə günü Trend -a bildirib ki, iş adamının ailə üzvləri bir neçə dəfə işin istintaqını aparan müstəntiqə və Baş Prokurorluğa görüş üçün müraciət edib və müraciət müsbət cavablandırılıb.

Görüşdə Arabulun həyat yoldaşı və qızı iştirak edib.

Arabul saxlanma şəraitindən və ona olan münasibətdən narazılıq etməyib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı ciddi problemi yoxdur və daim həkim nəzarətindədir.

Arabul bu il iyunun əvvəlində sərhədi qanunsuz keçdiyi üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçməyə cəhdetmə (318) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 2 ay müddətinə həbs seçilib.

Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. O, cəza müddəti başa çatmayanadək Azərbaycanı tərk edə bilməz.

Arabul Bakı İstintaq Təcridxanasında saxlanılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti