...

Gürcüstanda yaşayan azərbaycanlı gənclər Bakıda səmərəli yay tətili keçirəcəklər

Cəmiyyət Materials 24 İyul 2009 14:51 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlı gənclər Bakıda səmərəli yay tətili keçirəcəklər.
Gürcüstanda yaşayan azərbaycanlı gənclər Bakıda səmərəli yay tətili keçirəcəklər

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C.Babayeva /

Gürcüstanda yaşayan azərbaycanlı gənclər Bakıda səmərəli yay tətili keçirəcəklər.

80 gəncin Azərbaycana səfəri iyulun 27-dən avqustun 1-nə kimi baş tutacaq. Səfər Diasporla İş üzrə Dövlət Komitəsitərəfindən "Gürcüstanda, ölkə ictimaiyyətində yaşayan azərbaycanlıların inteqrasiyası üçün tədbirlər planı" çərçivəsində təşkil olunub.

Bu səfər Gürcüstanda yaşayan azərbaycanlı gənclərin vətən ilə əlaqələrinin möhkəmlənməsinə, Azərbaycanın milli dəyərləri və mədəniyyəti barədə məlumatlandırılmasına yönəlib. Bu barədə Dövlət Komitəsinin cümə günü yayılmış məlumatında deyilir.

Gənclər üçün Azərbaycan tarixi haqqında seminar təşkil edilə bilər. Onlar Bakının tarixi abidələrini ziyarət edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti