...

Azərbaycanda Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə cəza tətbiq olunub

Cəmiyyət Materials 27 İyul 2009 11:37 (UTC +04:00)
Nazirliyin aidiyyatı orqanları Klinikada araşdırmalar aparıb. Nəticədə orada saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə təbitə buraxılması ilə əlaqədar işlərin lazımi səviyyədə təşkil olunmaması müəyyən olunub, bazar ertəsi ETSN-nin yaydığı məlumatda bildirilib.
Azərbaycanda Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə cəza tətbiq olunub

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi cəzası tətbiq edib və fəaliyyətində dönüş yaradılması barədə ciddi tapşırıq verib.

Nazirliyin aidiyyatı orqanları Klinikada araşdırmalar aparıb. Nəticədə orada saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə təbitə buraxılması ilə əlaqədar işlərin lazımi səviyyədə təşkil olunmaması müəyyən olunub, bazar ertəsi ETSN-nin mətbuat xidmətindən Trend -a bildirilib.

Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası 2006-cı ildə ilk dəfə olaraq Cənubi Qafqazda yaradılıb və Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərir. Klinika dövlət vəsaiti hesabına ən müasir tibbi avadanlıqlarla və kadrlarla təmin edilib.

2008-ci ildə Klinikaya 4 baş dovşan, 3 baş canavar, 2 baş cüyür, hər biri bir baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, hər biri bir ədəd olmaqla şahin, aralıqdəniz qartalı, qırqovul, leşyeyən, qartal, ağ baş kərkəs, qu quşu, hər biri  iki ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilib.
 
Bu il isə Klinikaya yenidən 2 baş cüyür, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı və 1 ədəd leşyeyən gətirilmiş və hazırda orada saxlanılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti