Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Hüseynbala /
Türkiyənin "Qalatasaray" futbol klubu Braziliya yığma komandasının oyunçusu ilə ilkin razılaşma əldə edib.
"İngiltərənin "Mançester Siti" komandasında oynayan futbolçu ilə İstanbul klubu 4 illik müqavilə imzalayacaq", - Trend cümə axşamı Türkiyə mətbuatına istinadla məlumata verib.
Məlumatda qeyd edilir ki, 28 yaşlı Elano Blumer yarımmüdafiəçi kimi meydanın mərkəzində bütün mövqelərdə oynamağı bacarır. 35 dəfə Braziliya milli komandasının heyətində çıxış edən futbolçu rəqib qapılarına 6 qol vurub. Elano "Mançester Siti"dən əvvəl Ukraynanın "Şaxtyor" və Braziliyanın "Santos" komandalarında oynayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]