...

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 31 İyul 2009 11:42 (UTC +04:00)
Trend News-un məlumatına görə, prosessdə məhkumlar iştirak etməyib. Onların müdafiəçiləri hakimlərə apellyasiya şikayətlərini təqdim ediblər. Sonra vəkillər deyiblər ki, təqsirləndirilən şəxslərin növbəti məhkəkmə iclaslarında iştrakları təmin edilsin. Hakim bildirib ki, növbəti prosesdə təqsirləndirilən şəxslər məhkəməyə gətiriləcək.
ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılıb

Azərbaycan, Bakı, 31 iyul  / Trend , muxbir H.Bağırov / 

Bakı Apellyasiya Məhkəməsində bu gün hakim Faiq Qasımovun sədrliyi ilə ABŞ səfirliyinin və Avropa ölkələrinin diplomatik korpuslarının bunalarına silahlı hücüm etməyə cəhdə təqsirləndirilən Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N-saylı hərbi hissəsinin sabiq zabiti Kamran Əsədovun və digərlərinin apellyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib.

Trend -un məlumatına görə, prosesdə məhkumlar iştirak etməyib. Onların müdafiəçiləri hakimlərə apellyasiya şikayətlərini təqdim ediblər. Sonra vəkillər deyiblər ki, təqsirləndirilən şəxslərin növbəti məhkəkmə iclaslarında iştrakları təmin edilsin. Hakim bildirib ki, növbəti prosesdə təqsirləndirilən şəxslər məhkəməyə gətiriləcək.

Sonra hakimlər məhkəmə baxışının avqustun 10-na təyin edilməsi barədə qərar qəbul ediblər.

Təqsirləndirənlərdən 12 nəfər şikayət verib.

Trend -un arayışı: Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Kamran Babayev, Samir Mehrəliyev 15 il azadlıqdan məhrum edilib.

Dəstənin digər üzvlərinə - Elşən Məmmədov, Vüqar Əliyev, İlkin İsmayılova 14, Tərlan Kərimov 13, Ramil Kərimov 12, Yaşar Məhərrəmov 12 il 6 ay, Rövşən Əbdüləliyev 12 il 6 ay, Şirvani Babayev10, Samir Əliyev 12, Orxan Əlizadə 10 il 6 ay, Ramin Cəlilov 11, Azər İbadov 10, Edqar Əliyev 6 il 6 ay, Hacıbala Hüseynov 6 il 3 ay, Şəhriyar Məhərrəmov 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Məhkəmə Əsədovun leytenant rütbəsinin geri alınması ilə bağlı Müdafiə Nazirliyinə təqdimat göndərilməsi barədə qətnamə də qəbul edib.
Adıçəkilən şəxslər dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti