...

Bolqarıstan Prezidenti İlyas Əfəndiyev Beynəlxalq Mükafatı ilə təltif olunub

Cəmiyyət Materials 1 Avqust 2009 12:18 (UTC +04:00)
Bolqarıstan Prezidenti mükafata 2008-ci ilin nəticələrinə görə, "Sülhün və demokratiyanın tərəqqisində göstərdiyi xidmətlərə görə" nominasiyasında layiq görülüb.
Bolqarıstan Prezidenti İlyas Əfəndiyev Beynəlxalq Mükafatı ilə təltif olunub

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir C.Babayeva /

Bolqarıstan Prezidenti Georgi Pırvanov İlyas Əfəndiyev Fondunun təsis etdiyi İlyas Əfəndiyev Beynəlxalq Mükafatı ilə təltif olunub.

Bolqarıstan Prezidenti mükafata 2008-ci ilin nəticələrinə görə, "Sülhün və demokratiyanın tərəqqisində göstərdiyi xidmətlərə görə" nominasiyasında layiq görülüb.

"İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyev Bolqarıstan Prezidentinin dəvəti ilə Sofiyada işgüzar səfərdə olub. Səfər çərçivəsində İlyas Əfəndiyev Beynəlxalq Mükafatının təqdimetmə mərasimi keçirilib və Bolqarıstan Prezidenti mükafatla təltif edilib", - şənbə günü İlyas Əfəndiyev Fondundan Trend -a daxil olan məlumatda bildirilib.

Bolqarıstan Prezidenti fəaliyyətinə Azərbaycandan yüksək qiymət verilməsinə görə minnətdarlığını bildirib. O deyib ki, Avropa Birliyinin üzvü kimi Bolqarıstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etməyi prioritet məsələlərdən biri hesab edir.

2008-ci ilin nəticələrinə görə, "Azərbaycan həqiqətlərini düzgün qiymətləndirən və təbliğ edən xarici vətəndaşın göstərdiyi xidmətlərə görə" nominasiyasında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan da İlyas Əfəndiyev Beynəlxalq Mükafatına layiq görülüb. İlyas Əfəndiyev Fondu mükafatın təqdimetmə mərasiminin keçirilməsi ilə bağlı işlər aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti