Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir T.Konyayeva /
ABŞ-ın Azərbaycandakı səfirliyi və Counterpart international organization "Kiçik yenidən qurma layihəsi" çərçivəsində Bakının Nizami rayonu 3 saylı zəifeşidən uşaqları üçün internatın hamam otağının təmirini təşkil ediblər.Təmir işləri ABŞ-ın Dövlət Departamentinin əməkdaşlığı və maliyyə dəstəyi ilə həyata keçirilib.
Сounterpart international MDB ölkələri üzrə proqramının direktoru Sergey Xromçenkonun sözlərinə əsasən, proqram artıq 12 ildir ki, həyata keçirilir və əhalinin yoxsul təbəqəsinə humanitar yardım paylanır.
"Proqram keçmiş SSRİ-nin səkkiz respublikasında həyata keçirilir. 12 il ərzində proqram çərçivəsində humanitar yardıma 65 milyon dollar sərf edilib. Yardım təxminən 1 milyon insana şamil edilib, onların 70 faizi məcburi köçkünlərdir", - Xromçenko bildirib.
Azərbaycanda proqrama əsasən, həyata keçirilən altı layihədən üçü uşaq evləri ilə iş üzrə layihələrdir, üç layihə isə məcburi köçkünlərə və onların uşaqlarına yardıma yönəlib.