Azərbaycan, Bakı,17sentyabr / Trend , muxbir K. Zərbalıyeva /
Azərbaycanla Hindistan arasında hüquqi yardımla bağlı bir sıra sənədlər razılaşdırılıb.
Ədliyyə Nazirliyindən cümə axşamı Trend -a verilən məlumata görə, bu məqsədlə Hindistanın Hüquq və Ədliyyə, Xarici və Daxili İşlər nazirliklərini təmsil edən geniş tərkibli nümayəndə heyəti sentyabrın 13-də Azərbaycana səfər gəlib.
Səfər zamanı Azərbaycanla Hindistan arasında Mülki və ticarət işləri üzrə hüquqi yardım, Cinayət işlərində qarşılıqlı hüquqi yardım və Ekstradisiya haqqında müqavilə layihələri üzrə danışıqlar aparılaraq müvafiq razılaşma protokolu imzalanıb.
Qonaqlar ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.
Nazir dövlətlərimiz arasında mövcud müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu, razılaşdırılmaya çıxarılan sənədlərin imzalanmasının ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]