...

Nyu-Yorkda Azərbaycan, İsrail və Türkiyənin çoxtərəfli əməkdaşlığı müzakirə olunacaq

Cəmiyyət Materials 28 Sentyabr 2009 13:37 (UTC +04:00)
Azərbaycan, İsrail və Türkiyənin çoxtərəfli əməkdaşlığı mühüm strateji alyans kimi əhəmiyyəti Nyu-Yrokda müzakirə ediləcək.
Nyu-Yorkda Azərbaycan, İsrail və Türkiyənin çoxtərəfli əməkdaşlığı müzakirə olunacaq

ABŞ, Vaşinqton, 28 sentyabr / Trend , müxbir N.Boqdanova /

Azərbaycan, İsrail və Türkiyənin çoxtərəfli əməkdaşlığı mühüm strateji alyans kimi əhəmiyyəti Nyu-Yrokda müzakirə ediləcək.

"Türk dünyasında yəhudi siması" mövzusunda birgünlük konfrans noyabrın 23-də Nyu-Yorkda Yəhudi Tarixi Mərkəzində keçiriləcək, bu barədə Trend -a Vaşinqtondakı türk diasporu təşkilatından bildirilib.

Konfrans yəhudi və türk xalqlarının bir yerdə yaşamasının tarixi tolerantlıq örnəkləri əsasında keçiriləcək. Türkiyənin Sefard yəhudi icması, Azərbaycanın yəhudi icması, Özbəkistanın Buxara yəhudi icması bu xalqların sülh şəraitində bir yerdə yaşamasına örnəklərdir.

Konfransa Amerika-Azərbaycan Cəmiyyəti, Amerika Sefarad Federasiyası, Azərbaycan-Amerika Şurası, Türk-Amerika Assosiasiyası Assambleyası və Türkiyə-Amerika Koalisiyası və "Qafqaz" yəhudi gənclər mərkəzi sponsorluq edəcək.

Oktyabrın 17-də Azərbaycan-Amerika Cəmiyyəti Azərbaycanın müstəqilliyinin 18-ci ildönümü şərəfinə Manhettendə Azərbaycan bayrağını ucaldacaq. 10 gün ərzində hər iki bayraq Nyu-Yorkun mərkəzində dalğalanacaq.

Xəbər lenti

Xəbər lenti