...

Azərbaycanda 4 aylıq övladının başını kəsən ata dəlixanaya göndərilib

Cəmiyyət Materials 14 Oktyabr 2009 17:57 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Zaqatala rayon Axaxdərə kənd sakini, 24 yaşlı Cəfər Şeyxülislam oğlu Zigilovun məhkəməsi başa çatıb.
Azərbaycanda 4 aylıq övladının başını kəsən ata dəlixanaya göndərilib

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda 4 aylıq övladının başını kəsən ata dəlixanaya göndərilib.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Zaqatala rayon Axaxdərə kənd sakini, 24 yaşlı Cəfər Şeyxülislam oğlu Zigilovun məhkəməsi başa çatıb. Məhkəmə Zigilovun hadisəni anlıqsız vəziyyətdə törətməsini nəzərə alaraq, onun barəsində məcburi müalicə təyin edib. Məhkəmənin qərarı ilə Zigilov 1 saylı Maştağa Ruhi-Əsəb Dispanserinə göndərilib.

Zigilov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə (120.2.4), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə (120.2.9) maddəsi ilə ittiham olunub.

Ötən il iyunun 26-da Zigilovun həyat yoldaşı Gülpəri İsmayılova ilə aralarında münaqişə yaranıb. Mübahisə qısqanclıq zəminində baş verib. Bundan sonra Zigilov digər otağa keçib mətbəx bıçağı ilə 4 aylıq qızı Arzu Zigilovanın başını kəsərək qətlə yetirib. Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zigilov həbs edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti