Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda "Çanaqqaladan başlanan yol" sənədli filmi çəkilib
"Sənədli film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib", - bazar ertəsi Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirilib.
Film 1920-1922-ci illərdə Türkiyənin milli istiqlal savaşına Azərbaycan türklərinin yardımından bəhs edir. "Filmin ssenari müəllifi Arzu Qazıyeva deyib ki, "Çanaqqaladan başlanan yol" filmi "AQAP" prodüser mərkəzində tanınmış prodüser Bəxtiyar Həsənov tərəfindən çəkilib. Filmin quruluşçu rejissoru Rövşən İsmayılov, operatoru isə Nuray Səfərlidir", - məlumatda vurğulanır.
Filmin layihəsini Türkiyənin Azərbaycandakı səfirliyi də dəstəkləyib. Filmin təqdimatı oktyabrın 28-də saat 18:00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]