...

"Unibank" Azərbaycanın media nümayəndələrinin "Fənərbağça" - "Qalatasaray" komandaları arasındakı derbi-matçında iştirakını təşkil edib

Cəmiyyət Materials 27 Oktyabr 2009 16:07 (UTC +04:00)
"Unibank" futbol üzrə milli birincilikdə sponsorluğu çərçivəsində ölkənin kütləvi informasiya vasitələri nümayəndələrinin Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları arasındakı derbi-matçında iştirakını təşkil edib.
"Unibank" Azərbaycanın media nümayəndələrinin "Fənərbağça" - "Qalatasaray" komandaları arasındakı derbi-matçında iştirakını təşkil edib

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir F.Hüseynli/

"Unibank" futbol üzrə milli birincilikdə sponsorluğu çərçivəsində ölkənin kütləvi informasiya vasitələri nümayəndələrinin Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları arasındakı derbi-matçında iştirakını təşkil edib.

Oktyabrın 25 və 26-da idman şərhçiləri və jurnalistlərdən ibarət 11 nəfərlik komanda, habelə Peşəkar Futbol Liqası (PFL) və Bankın nümayəndələri Türkiyəyə səfər edərək, İstanbulun yüzillik tarixə malik olan ən mötəbər klubları arasında növbəti futbol mücadiləsinin şahidi olublar.

"Unibank"-ın keçirdiyi bu aksiyanın hər bir iştirakçısı "Şükrü Saracoğlu" stadionunun tribunasında həm prinsipial oyunun bütün həyəcanını hiss etdi, həm də oyunda gedən gözlənilməz dəyişiklikləri canlı şəkildə seyr etdi.

"Biz bir daha futbol oyununun həqiqi dəyərlərini qiymətləndirmək imkanı əldə etdik. İlk növbədə bu, futbolun bizə - azarkeşlərə bəxş etdiyi müsbət emosiyalardır", - deyə ANS telekanalının idman şərhçisi Gündüz Abbaszadə bildirib. "Unibank"-ın təşkil etdiyi bu aksiya bir daha futbol ictimaiyyətinin həmrəyliyinin nəyə qadir olduğunu göstərdi. Bir daha aydın oldu ki, müasir futbolda - uğur naminə vəsaitlərini xərcləməyə hazır olan investorlarsız heç bir şey etmək mümkün deyil", - deyə şərhçi vurğulayıb.

"Buna baxmayaraq, mən uzun illərdir ki, idman mövzusunda yazan jurnalistlərdən biriyəm, bu günə qədər İstanbul derbisi kimi matçın şahidi olmamışdım. Məni həmçinin azarkeşlərin emosionallığı və sevdikləri klublara sədaqəti heyrətləndirdi. Bu oyunun bütün epizodları, o cümlədən vurulan qollar, oyunçuların yaratdıqları qol vəziyyətləri, komandalarını sonadək ruhlandıran azarkeşlərin emosiyaları bir daha futbolun bizim ölkəmizdə də nə dərəcədə sosiallaşa biləcəyini göstərdi", - deyə "Nedelya" ("Həftə") qəzetinin idman müxbiri Zəki Feyzullayev bildirib.

"İndi bizim korporativ sektorla futbol peşəkarlarının həmrəyliyinə həmişə olduğundan daha çox ehtiyacımız var. Bu aksiya "Unibank" və PFL həmrəyliyinin bariz nümunəsi idi. Düşünürəm ki, pul hər şeyi həll etmir. Mentalitetdə də bəzi dəyişiklər baş verməlidir ki, işgüzar adamlar birdəfəlik başa düşsünlər - Azərbaycanda futbol olub, var və olacaq. Artıq şəxsən mənim heç bir şübhəm yoxdur ki, "Unibank" kimi banklar həqiqətən əsl futbol azarkeşi olan yüz minlərlə insan üçün işləyirlər", - deyə Trend -un direktor müavini, Azərbaycan redaksiyasının direktoru Emil Hüseynli fikirlərini bildirib.

"Unibank" Kommersiya Bankı ASC Azərbaycanda Peşəkar Futbol Liqasının ilk rəsmi sponsorudur. Belə ki, sosial məsuliyyət proqramının inkişaf etdirilməsi çərçivəsində Bankla PFL arasında üç il müddətinə sponsorluq barədə Saziş imzalanıb.

Sponsorluq Bankın reklam spotlarının və bannerlərinin yerləşdirilməsini, Liqanın oyunları işıqlandırılarkən Bankın simvollarından istifadə edilməsini, habelə futbol üzrə çempionatın gedişi zamanı "Unibank"-ın xüsusi reklam kampaniyalarının keçirilməsini nəzərdə tutur. "Unibank" və PFL arasında imzalanmış sponsorluq barədə müqavilənin şərtlərinə görə, futbol üzrə milli çempionat artıq rəsmən "Unibank Premyer Liqası" adını alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti