...

Azərbaycan Parlamenti deputatının "Nobel mükafatlı qadınlar" kitabının təqdimatı keçiriləcək

Cəmiyyət Materials 22 Dekabr 2009 11:52 (UTC +04:00)
Mərasimdə Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustaf Nobel də çıxış edəcək. "Nobel mükafatlı qadınlar" kitabına ön sözü də Qustav Nobel yazıb.
Azərbaycan Parlamenti deputatının "Nobel mükafatlı qadınlar" kitabının təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir A.Hüseynbala/

Dekabrın 23-də Bakı Nobel İrsi Fondunda millət vəkili Qənirə Paşayevanın "Nobel mükafatlı qadınlar" kitabının təqdimat mərasimi keçiriləcək.

Mərasimdə Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustaf Nobel də çıxış edəcək. "Nobel mükafatlı qadınlar" kitabına ön sözü də Qustav Nobel yazıb.

Ön sözdə deyilir: "No­bel Xey­riy­yə Fon­du və öz adım­dan Azər­bay­ca­nın mil­lət və­ki­li, Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin nü­ma­yən­də­si, çox hör­mət­li, ta­nın­mış və də­yər­li Qə­ni­rə xa­nım Pa­şa­ye­va­nı qa­dın­la­rın elm və tex­no­lo­gi­ya­nın in­ki­şa­fın­da, dün­ya­da sül­hün və təh­lü­kə­siz­li­yin bər­qə­rar ol­ma­sın­da oy­na­dıq­la­rı ro­la həsr olun­muş ye­ni ki­ta­bı­nın işıq üzü gör­mə­si mü­na­si­bə­ti­lə təb­rik et­mək is­tər­dim. Mən həm də ona gö­rə qü­rur his­si du­yu­ram ki, hör­mət­li Qə­ni­rə xa­nım bu təd­qi­qa­tı­nı No­bel mü­ka­fa­tı­na la­yiq gö­rül­müş qa­dın la­ure­at­la­rın hə­yat­la­rı bo­yu əl­də et­dik­lə­ri na­iliy­yət­lə­ri, şa­hi­di ol­duq­la­rı keş­mə­keş­li ta­ri­xi ha­di­sə­lə­ri, ümu­mən, dün­ya­da fe­mi­nist hə­rə­ka­tı­na qar­şı tə­sir­lə­ri araş­dı­ra­raq ər­sə­yə gə­tir­miş­dir. Gə­lin yad­dan çı­xar­ma­yaq ki, qa­dın­lar dün­ya əha­li­si­nin ya­rı­dan ço­xu­nu təş­kil edir. No­bel ailə­si­nə mən­sub olan qa­dın­lar hə­mi­şə so­si­al ba­xım­dan fə­al ol­muş və öz­lə­ri­ni xey­riy­yə, sə­hiy­yə və təh­sil mə­sə­lə­lə­ri­nə həsr et­miş­lər. Mə­sə­lən, Mü­ka­fa­tın tə­sis­çi­si Alfred No­be­lin qar­da­şı Lüd­viq No­be­lin qı­zı bi­zim ulu bi­bi­miz Mar­ta məş­hur hə­kim idi və Ba­kı­da­kı Vil­la Per­to­lea ya­xın­lı­ğın­da xəs­tə­xa­na da­xil ol­maq­la bir ne­çə xəs­tə­xa­na­ya, həmçinin müx­tə­lif xey­riy­yə ­fondla­rı­na ha­mi­lik e­dib".

Mü­asir cə­miy­yət­də qa­dın­la­rın ro­lunun əhə­miy­yət­indən bəhs edən Qüstav Nobel bu gün qa­dın­ların si­ya­sət­də son də­rə­cə fə­al olmasının vacibliyini xüsusi vurğulayıb. "Av­ro­pa və dün­ya­nın bir çox apa­rı­cı si­ya­sət­çi­lə­ri qa­dın­lar­dır. Bu, bi­zim döv­rün ən yax­şı gös­tə­ri­ci­si­dir" deyən Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustaf Nobel Azər­bay­can­da da qa­dın­la­rın si­ya­si, so­si­al və iq­ti­sa­di fə­aliy­yət­lə də­rin­dən məş­ğul ol­duq­la­rına diqqət çəkib.

"On­lar­dan bir ço­xu Par­la­ment üzvlə­ri­dir, bə­zi­lə­ri isə hö­ku­mət­də, özəl sek­tor­da ça­lı­şır. Sa­də in­san­la­ra, qaç­qın­la­ra kö­mək­lik gös­tə­ril­mə­si, ev­lə­rin, mək­təb­lə­rin və xəs­tə­xa­na­la­rın ti­kil­mə­si sa­hə­sin­də say­sız-he­sab­sız iş­lər gö­rən Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı, öl­kə hə­ya­tın­da əhə­miy­yət­li yer tu­tan Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va yu­xa­rı­da gös­tə­ri­lən­lə­rə ba­riz nü­mu­nə­dir. O, sə­da­qə­tin və və­tən­pər­vər­li­yin hə­qi­qi tim­sa­lı­dır", - o qeyd edib.

Qustaf Nobel kitaba yazdığı giriş sözündə uzun illərdir dünyanın ən nüfuzlu mükafatı adını qoruyub saxlayan Nobel mükafatında Azərbaycanın böyük rol oynadığına xüsusi diqqət yetirir və Azərbaycan xalqının bununla qürur duymalı olduğunu vurğulayır: "Bir çox­la­rı­nın bil­di­yi ki­mi, No­bel mü­ka­fa­tı bi­zim ulu əmi­miz Alfred No­bel tə­rə­fin­dən tə­sis edil­miş­dir, la­kin çox­la­rı bil­mir ki, mü­ka­fat üçün nə­zər­də tu­tul­muş pul və­sa­iti tək­cə əsas sə­na­ye fə­aliy­yə­tin­dən - di­na­mit is­teh­sa­lın­dan de­yil, elə­cə də onun ən iri səhmda­rı ol­du­ğu Ba­ku No­bel Oil şir­kə­tin­dən əl­də edi­lir. Ba­kıdakı neft ya­taq­la­rı­nın ha­ra­da­sa No­bel mü­ka­fa­tı­nın ma­liy­yə əsa­sı ro­lu­nu oy­na­ma­sı fak­tı ol­duq­ca əhə­miy­yət­li və sim­vo­lik əla­qə ro­lu­nu oy­na­mış­dır, bu­na gö­rə də Azər­bay­can xal­qı mil­li sər­vət­lə­ri­nin bir his­sə­si­nin elm, tex­no­lo­gi­ya və sülh sa­hə­sin­də iri­miq­yas­lı na­iliy­yət­lə­rin əl­də edil­mə­si­nə rə­vac ve­rən amil ki­mi xid­mət et­mə­sin­dən fəxr duy­ma­lı­dır "

"Nobel mükafatlı qadınlar" kitabında 1903-2009-cu illər arasında Nobel mükafatına layiq görülmüş 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığı haqqında portret-oçerklər toplanıb. Azərbaycan oxucusuna ilk dəfə olaraq Nobel mükafatçıları olan qadınlar barəsində bir çox mənbələrdən əldə olunmuş biblioqrafik bilgi verilib.

Kitabda eyni zamanda Nobel mükafatçısı olan xanımların fəaliyyət və yaradıcılıqlarının əsas sahəsi, elmə və mədəniyyətə verdikləri töhfələr, habelə dünyanın elm və mədəniyyəti tarixindəki xidmətləri araşdırılıb. Kitab elmin çeşidli sahələrində çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda millət vəkili Qənirə Paşayevanın "Müəllifdən" sərlövhəli ön sözü də var. Müəllif ön sözündə qeyd edib ki, ki­ta­bı yaz­maq­da məq­sə­di gənc nə­sil­lə­rin, xü­su­si­lə gənc qız­la­rı­mı­zın Nobel mükafatçısı olan qa­dın­la­rı ya­xın­dan ta­nı­ma­la­rı və öy­rən­mə­si­dir: "Öy­rən­mə­li çox şey var. Ar­zu­lar, ide­al­la­rın ar­xa­sın­ca çə­tin­lik­lər­dən qorxma­dan, yo­rul­ma­dan, ge­ri çə­kil­mə­dən get­mək və özü­nü təs­diq edə bil­mək, mil­lət, və­tən, bə­şə­riy­yət üçün, gə­lə­cək üçün, sülh üçün, in­ki­şaf üçün ça­lış­maq...

Siz heç bir sa­hə­də ki­şi­lər­dən zə­if, güc­süz de­yil­si­niz, əziz Xa­nım­lar! Ye­tər ki, özü­nü­zə ina­na­sı­nız!

Bu ki­ta­bı ki­şi­lə­rin də oxu­ma­sı­nı çox is­tər­dim. Qa­dın­la­rın dün­ya­mız, bu gü­nü­müz və gə­lə­cə­yi­miz üçün nə qə­dər bö­yük töh­fə­lər ver­dik­lə­ri və ve­rə bi­lə­cək­lə­ri­ni gör­mək, hiss et­mək, dü­şün­mək üçün...."

Müəllif ön sözündə daha sonra qeyd edib ki, bu gün dün­ya­nın ən məş­hur və nü­fuz­lu mü­ka­fa­tı olan No­bel mü­ka­fa­tı­nın tə­sis olun­ma­sın­da Azər­bay­ca­nın bö­yük pa­yı var: "No­bel qar­daş­la­rı şir­kə­ti XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­ca­nın neft sa­hə­sin­də ən bö­yük şir­kət­lər­dən bi­ri olub. No­bel qar­daş­la­rı Azər­bay­can nef­tin­dən bö­yük gə­lir­lər əl­də et­miş­lər. Odur ki, Azər­bay­ca­nın bu nü­fuz­lu mü­ka­fat­da­kı ro­lu və pa­yı hər kə­sə ay­dın­dır. Hə­qi­qə­tən də, Azər­bay­can xal­qı mil­li sər­vət­lə­ri­nin bir his­sə­si­nin elm, tex­no­lo­gi­ya və sülh sa­hə­sin­də iri­miq­yas­lı na­iliy­yət­lə­rin əl­də edil­mə­si­nə rə­vac ve­rən amil ki­mi xid­mət et­mə­sin­dən fəxr duy­ma­lı­dır. No­bel ailə­si­nin ki­ta­bın ön sö­zün­də də qeyd et­di­yi bu fak­tı bü­tün dün­ya bil­mə­li və ən əsa­sı qiy­mət­lən­dir­mə­li­dir.

Bir əsrdən ar­tıq­dır ki, dün­ya­nın ən məş­hur və nü­fuz­lu mü­ka­fa­tı sta­tu­su­nu qo­ru­yub sax­la­yan No­bel mü­ka­fa­tın­da Azər­bay­ca­nın ro­lu bi­zi qü­rur­lan­dır­sa da, ha­mı­mı­zın bö­yük ar­zu­su bu mü­ka­fa­tı alan­lar ara­sın­da Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nı gör­mək­dir. Çün­ki bi­zim bu­na haq­qı­mız var!"

"Nobel mükafatlı qadınlar" kitabının məsləhətçisi Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov, redaktorları isə Pərvanə Məmmədli və Flora Xəlilzadədir.

Xəbər lenti

Xəbər lenti