...

Azərbaycan məhkəməsi yaşayış evində baş verən partlayışda təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdırmadı

Cəmiyyət Materials 28 Dekabr 2009 17:04 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı təqsirləndirilən şəxslər Elman Niftəliyev və Rəşad Şıxməmmədovun cəzalarının ağırlaşdırılması ilə bağlı Nizami rayon məhkəməsinin verdiyi apellyasiya protesti, həmçinin təqsirləndirilən şəxslərin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar elan edilib.

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda yaşayış evində baş verən partlayışda təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı prokurorluğun verdiyi apellyasiya protesti təmin edilməyib.

Trend -un məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı təqsirləndirilən şəxslər Elman Niftəliyev və Rəşad Şıxməmmədovun cəzalarının ağırlaşdırılması ilə bağlı Nizami rayon məhkəməsinin verdiyi apellyasiya protesti, həmçinin təqsirləndirilən şəxslərin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar elan edilib.

Qərara görə, Nizami rayon məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Nizami rayon məhkəməsi Niftəliyevə 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması, Şıxməmmədova 1 il şərti cəza təyin edib. Həmin hökmlə razılaşmayan tərəflər apellyasiya şikayəti və protesti veriblər.

Nizami rayon prokurorluğu apelyasiya protestində Niftəliyevin 8 il, Şıxməmmədovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını tələb edirdi.

Niftəliyev Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma), 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma), 187.3-cü (əmlakı ehtiyatsızlıqdan məhv etmə), Rəşad Şıxməmədov CM-nin 314.2-ci (səhlankarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddələrilə ittiham olunublar.

13 dekabr 2008-ci il tarixində Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanında yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Partlayışa qaz sızması səbəb olub.

Hadisədən dərhal sonra sözügedən binada işləyən şəxslər - Niftəliyev və Şıxməmmədov məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti