...

"İslam dünyasında alim qadınlar"ın birinci beynəlxalq qurultayı İranda keçiriləcək

Cəmiyyət Materials 5 Yanvar 2010 18:00 (UTC +04:00)
İranın Elm Nazirliyinin müşaviri xanım Təyiibə Mahrozadə bildirib ki, "İslam dünyasında alim qadınlar"ın ilk qurultayı yanvar ayının 27-28-də Tehranda keçiriləcək. Bu barədə Trend News İranın MOJNEWS xəbər agentliyinə istinadən məlumat yayıb.
"İslam dünyasında alim qadınlar"ın birinci beynəlxalq qurultayı İranda keçiriləcək

Azərbaycan, Bakı, 5 yanvar / Trend , müxbir T.Cəfərov/

İranın Elm Nazirliyinin müşaviri xanım Təyiibə Mahrozadə bildirib ki, "İslam dünyasında alim qadınlar"ın ilk qurultayı yanvar ayının 27-28-də Tehranda keçiriləcək. Bu barədə Trend İranın MOJNEWS xəbər agentliyinə istinadən məlumat yayıb.

Mahrozadə əlavə edib ki, 2008-ci ilin oktyabr ayının 6-8-də İslam Ölkələri Elm, Təhsil nazirlərinin Bakıda keçirilən IV iclasında qərara alınıb ki, "İslam dünyasında alim qadınlar"ın ilk qurultayı İranda keçirilsin.

"Qurultay İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) və İranın Elm nazirliyinin təşkilatçılığı ilə keçiriləcək", -deyə Mahrozadə bildirib.

Mahrozadə həmçinin əlavə edib ki, Qurultayda İslam dünyası alim qadınlar şəbəkəsinin asambeleyasının yaradılması, asambeleyanın nizamnaməsinin təsdiqi və idarəetmə strukturunun yardılması və internet səhifəsinin təsis olunması məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Mahrozadə deyib ki, həmin qurultayın daimi katibliyi Əl-Zəhra Universitetində təsis olunub.

Xəbər lenti

Xəbər lenti