...

Strasburqda azərbaycanlı gənci qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 18 Yanvar 2010 18:03 (UTC +04:00)
Fransanın Strasburq şəhərində bu gün 1990-cı il təvəllüdlü Orxan Əliheydər oğlu Ağayevi qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb. Bu barədə Trend News-a bazar ertəsi telefonla Elzas regionu Aşağı Reyn departamentinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsindən məlumat verilib.
Strasburqda azərbaycanlı gənci qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Fransanın Strasburq şəhərində bu gün 1990-cı il təvəllüdlü Orxan Əliheydər oğlu Ağayevi qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb. Bu barədə Trend -a bazar ertəsi telefonla Elzas regionu Aşağı Reyn departamentinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsindən məlumat verilib.

2008-ci il yanvarın 7-də Fransa vaxtı ilə saat 17.30-da Strasburqda Orxan Əliheydər oğlu Ağayev tramvayda boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Ailə üzvləri ilə birlikdə Strasburqda yaşayan Orxan Ağayevin hadisədən iki gün əvvəl - yanvarın 6-da 18 yaşı tamam olub.

Bazar ertəsi səhər başlayan məhkəmə prosesində hadisənin şahidi olmuş səxslərin adı hallanıb, bədbəxt hadisə, eləcə də təqsirləndirilən şəxs Nikola Stuzmanın həyatı ilə bağlı məhkəmə katibinin məruzəsi dinlənilib. Bundan sonra hakim təqsirləndirilən şəxsə qətlin başvermə şəraiti və səbəblərinə dair suallar verib. Hakim təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadələrlə məhkəmədə işlətdiyi ifadələr arasında çoxlu ziddiyyətlər ortaya çıxarıb. Bundan sonra tramvayın videokamerasının çəkdiyi görüntülər nümayiş etdirilib.

Prosesdə aydın olub ki, 32 yaşlı müttəhim ailə problemləri səbəbindən nənəsinin himayəsi altında böyüyüb. 18 yaşında hərbi xidmətə çağırılan Stuzman Yuqoslaviyada baş verən hadisələr zamanı Fransa ordusu tərkibində orada xidmət edib. Onun alkoqolik və narkotik maddələrdən istifadə etdiyi də istintaqa və məhkəməyə məlum olub.

Azərbaycanlı gənci qətlə yetirməkdə ittiham olunan şəxs əvvələr digər qanun pozuntularına görə cinayət məsulliyətinə cəlb edilib. Onun polislə daim problemləri olduğu sübuta yetirilib.

Məhkəmənin qətllə bağlı çərşənbə günü hökm çıxaracağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti