...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin hamısı ekspertizaya göndərilməyəcək

Cəmiyyət Materials 19 Yanvar 2010 17:11 (UTC +04:00)
"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2010-cu ilin maliyyə müsabiqəsi üçün daxil olan layihələrin bir hissəsi tələblərə uyğun gəlmədiyindən birinci mərhələdə geri qaytarılacaq", - çərşənbə axşamı Trend News-a Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin hamısı ekspertizaya göndərilməyəcək

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin hamısı ekspertizaya göndərilməyəcək.

"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2010-cu ilin maliyyə müsabiqəsi üçün daxil olan layihələrin bir hissəsi tələblərə uyğun gəlmədiyindən birinci mərhələdə geri qaytarılacaq", - çərşənbə axşamı Trend -a Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası ötən il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Layihələr 2009-cu il dekabrın 8-dən 2010-cu il yanvarın 15-dək təqdim edilməli idi. Müsabiqənin nəticələri 2010-cu il martın 10-dan sonra elan ediləcək.

Növbəti müsabiqə 2010-cu ilin aprel ayında elan olunacaq. Şura bu il 4 müsabiqə elan etməyi planlaşdırır. Yalnız Şura tərəfindən maliyyələşdirilən müsabiqələrə isə ümumilikdə 2 milyon 63 min manat vəsait ayrılacaq.

Qurbanovun sözlərinə görə, hazırda katiblikdə təqdim olunan layihələrin seleksiyası aparılır. "Artıq bir neçə QHT-nin layihəsinin ikinci mərhələdə ekspertlərdən rəy alınması üçün göndərilməməsi barədə qərar qəbul olunub. Bu QHT-lərin adları birinci mərhələ başa çatandan sonra açıqlanacaq", - icraçı direktor əlavə edib.

İcraçı direktor deyib ki, layihələrin təqdimolunma vaxtı yanvarın 15-də saat 17:00-da başa çatsa da, poçt vasitəsilə bölgələrdən göndərilən layihələrin qəbulu davam edir. "Ayın 15-də daxil olan layihələrin sayı 484 idi. Bundan sonra poçtla göndərilən daha 7 layihə daxil olub", - o xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti