...

Britaniyanın "TheLondonPost.net" internet portalında "Azərbaycan 20 Yanvar qurbanlarını yad edir" adlı məqalə yerləşdirilib

Cəmiyyət Materials 25 Yanvar 2010 16:15 (UTC +04:00)
Britaniyanın "The London Post.net" internet portalında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilən "Azərbaycan 20 Yanvar qurbanlarını yad edir" adlı məqalə yerləşdirilib.
Britaniyanın "TheLondonPost.net" internet portalında "Azərbaycan 20 Yanvar qurbanlarını yad edir" adlı məqalə yerləşdirilib

Britaniyanın "TheLondonPost.net" internet portalında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilən "Azərbaycan 20 Yanvar qurbanlarını yad edir" adlı məqalə yerləşdirilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Məqalədə yüzlərlə silahız insan, o cümlədən uşaq və qocaların faciə nəticəsində həlak olması faktı öz əksini tapıb.

Məqalənin müəllifi bu faciəni təkcə Azərbaycana qarşı deyil, bütünlükdə insanlığa qarşı törədilən cinayət kimi xarakterizə edib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib

Xəbər lenti

Xəbər lenti