...

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı 17 faiz artıb

Cəmiyyət Materials 3 Fevral 2010 10:58 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 2009-cu il ərzində xarici ölkələrdən daxil olan müraciətlərin sayı 17 faiz artıb. Bu barədə çərşənbə günü Trend News-a fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı 17 faiz artıb

Azərbaycan, Bakl, 3 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 2009-cu il ərzində xarici ölkələrdən daxil olan müraciətlərin sayı 17 faiz artıb. Bu barədə çərşənbə günü Trend -a fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

"Ötən il ərzində Fondun Beynəlxalq əlaqələr sektoruna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 2008-ci illə müqayisədə 17 faiz artıb", - Babayev deyib.

DSMF-ə daxil olan 2 266 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1632 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Çümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 144 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan Respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-ə daxil olan digər 490 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

Xəbər lenti

Xəbər lenti