...

Nazirlər Kabineti gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəlinə əlavələr edib

Cəmiyyət Materials 18 Fevral 2010 13:43 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəlinə daha üç ölkə üzrə xərcləri müəyyənləşməsinin əlavə edilməsini qərara alıb. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Nazirlər Kabineti gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəlinə əlavələr edib

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir M. Əliyev/

Azərbaycan Nazirlər Kabineti gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəlinə daha üç ölkə üzrə xərcləri müəyyənləşməsinin əlavə edilməsini qərara alıb. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Qərarda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi cədvəlində Ukrayna, MacarıstanBolqarıstanda aylıq xərclər göstərilib.

Qərara əsasən, Ukraynada təhsil alanlar üçün aylıq 960 dollar, Macarıstanda - 990 avro, Bolqarıstanda isə 890 avro müəyyən olunub.

Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş cədvəldə dünyanın 27 ölkəsində təhsil alanların aylıq xərcləri (həmçinin yaşayış, tədris materialları üzrə və yemək xərcləri) müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti