...

Azərbaycanda uşaqların övladlığa götürülməsi və onların alternativ qayğı ilə təmin olunması mexanizmi yaradılacaq

Cəmiyyət Materials 9 Mart 2010 15:17 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF çərşənbə axşamı "Uşaqların ailələrə verilməsi və onların alternativ qayğı ilə təmin olunması" layihəsi üzrə əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.
Azərbaycanda uşaqların övladlığa götürülməsi və onların alternativ qayğı ilə təmin olunması mexanizmi yaradılacaq

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF çərşənbə axşamı "Uşaqların ailələrə verilməsi və onların alternativ qayğı ilə təmin olunması" layihəsi üzrə əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.

"Azərbaycan Respublikasında (2006-2015-ci illərdə) uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı haqqında Dövlət Proqramı" çərçivəsində reallaşdırılan bu layihə Bakının iki pilot rayonunda - Suraxanı və Əzizbəyov rayonlarında həyata keçiriləcək", - Azərbaycanın təhsil naziri Misir Mərdanov imzalanma mərasimində bildirib.

Onun sözlərinə görə, ötən iki il ərzində deinstitusionalizasiya proqramı çərçivəsində Azərbaycandakı 55 internatdan 9-u xüsusi qayğı mərkəzinə çevrilib.

"Həmin internatlarda təhsil alan və yaşayan uşaqların sayı ötən iki il ərzində 14 389-dan 10 055-dək azalıb", - Mərdanov deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova imzalanma mərasimində deyib ki, layihənin səmərəli həyata keçirilməsi üçün monitorinq prosesinə xüsusi rol ayrılmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov layihənin əhəmiyyətini qeyd edərək deyib ki, onun reallaşması aztəminatlı ailələrə əlavə dəstək olacaq. "Bu məqsədlə aztəminatlı uşaqların yaşadıqları internatlar Heydər Əliyev Fondu tərəfindən təmir edilib", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti