...

FİFA Azərbaycanın çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etməsi məsələsini müzakirəyə çıxaracaq

Cəmiyyət Materials 17 Mart 2010 11:42 (UTC +04:00)
FİFA Azərbaycanın 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etməsi məsələsini müzakirəyə çıxaracaq.
FİFA Azərbaycanın çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etməsi məsələsini müzakirəyə çıxaracaq

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir M.Əliyev/

FİFA Azərbaycanın 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etməsi məsələsini müzakirəyə çıxaracaq.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, martın 18-19-da Sürixdə FİFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda müzakirə olunacaq məsələlərdən biri də 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin müəyyənləşdirilməsidir.

2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etmək üçün AFFA öz namizədliyini irəli sürüb və bununla bağlı tenderdə iştirak etmək üçün hazırlanan müvafiq sənədlər AFFA tərəfindən FİFA-ya təqdim olunub.

Xəbər lenti

Xəbər lenti