...

Azərbaycanda yeni Mədəniyyət kanalının açılması nəzərdə tutulur - Teleradio Şurasının sədri

Cəmiyyət Materials 21 Aprel 2010 11:47 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri bildirib ki, ayrıca Mədəniyyət kanalının açılması nəzərdə tutulur.
Azərbaycanda yeni Mədəniyyət kanalının açılması nəzərdə tutulur - Teleradio Şurasının sədri

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri bildirib ki, ayrıca Mədəniyyət kanalının açılması nəzərdə tutulur.

"Biz ayrıca Mədəniyyət kanalı açmağı düşünürük. Mədəniyyət kanalının açılışı yeni televiziyanın açılışı deməkdir və bununla reklam bazarına yeni problemlər yaranacaq. Özəl telekanallar mədəniyyət sahəsində öz üzərlərinə düşən işi görsəydi, biz ayrıca Mədəniyyət kanalının aşılması barədə düşünməzdik", - Trend-in məlumatına görə, bunu çərşənbə günü "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda keçirilən elmi-nəzəri konfransda MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Məhərrəmlinin sözlərinə görə, elə bir vəziyyət yaranıb ki, ictimaiyyət haqlı olaraq bu sahədə yaranmış vəziyyətlə bağlı narazılığı ortaya qoyur.

"Biz də bununla bağlı şuraya verilən səlahiyyətlər çərçivəsində çıxış yolunun biri kimi Mədəniyyət kanalının yaranmasında görürük. Əgər biz yaradıcılıq işlərinə qarışa bilmiriksə, onda onlara qarşı daha böyük tədbirlər görmək imkanımız var ki, yeni Mədəniyyət kanalı yaradaq və yeni kanal bizim dediyimiz çərçivədə fəaliyyət göstərsin", - Məhərrəmov əlavə edib.

Azərbaycanda 8 ümumölkə üzrə yayımlanan televiziya, 14 regional televiziya, 13 radio fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti