Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti hesab edir ki, elm və təhsilin harmonik inkişafına nail olunmalıdır.
"Elm və təhsil ayrılmaz, bir-birini tamamlayan sahələrdir. Bu iki sahənin harmonik inkişafına çalışmalıyıq və bizim borcumuz elmi fəaliyyətin əlaqələndirilməsidir", - Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirilən illik iclasda AMEA-nın prezidenti Mahmud Kərimov bildirib.
Onun sözlərinə görə, AMEA 2009-cu ildə 139 problemin 470 mövzusu üzrə tədqiqat aparıb. 150-yə yaxın nəticə tətbiq olunaraq, 50 patent alıb. 400-ə yaxın kitab, 5 600 elmi məqalə (1420-si xaricdə) çap olunub.