...

Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə tədbir keçiriləcək

Cəmiyyət Materials 18 May 2010 14:46 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresi 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümünü və 26 may - Gürcüstanın Müstəqillik Günü münasibətilə tədbir keçirəcək. Bu barədə Trend-ə Konqresin mətbuat xidmətindən bildiriblər.
Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə tədbir keçiriləcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Gürcüstan Azərbaycanlıları Konqresi 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümünü və 26 may - Gürcüstanın Müstəqillik Günü münasibətilə tədbir keçirəcək. Bu barədə Trend-ə Konqresin mətbuat xidmətindən bildiriblər.

Tədbirdən öncə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstü və Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklil qoyulacaq. Konqresin nümayəndələri həmçinin Tbilisidə Nəbatat bağında Azərbaycanın görkəmli ziyalıları Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında böyük xidmətləri olmuş Fətəli xan Xoyskinin məzarını ziyarət edəcəklər.

Bayram tədbirində Gürcüstandakı xarici dövlət səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələrinin, gürcü və azərbaycanlı ziyalıların, elm xadimlərinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti