...

Azərbaycanın Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsində bəzi yerlərdə artma qeydə alınıb - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 21 May 2010 13:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin cümə günü yaydığı məlumata görə, Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsində bəzi yerlərdə azalma, bəzilərində isə artma qeydə alınıb.
Azərbaycanın Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsində bəzi yerlərdə artma qeydə alınıb - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Hüseynbala/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin cümə günü yaydığı məlumata görə, Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsində bəzi yerlərdə azalma, bəzilərində isə artma qeydə alınıb.

Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 418 sm, su sərfi 750 m3/s təşkil edir (səviyyə 14 sm azalıb); Kür çayının Yevlax səviyyəsi 395 sm, su sərfi 745 m3/s təşkil edir (səviyyə 18 sm artıb); Kür çayının Zərdab səviyyəsi 768 sm, su sərfi 893 m3/s təşkil edir (səviyyə 2 sm azalıb); Kür çayının Surra səviyyəsi 953 sm, su sərfi 1987 m3/s təşkil edir (səviyyə 3 sm artıb); Kür çayının Şirvan səviyyəsi 847 sm təşkil edir (səviyyə dəyişməyib);
Kür çayının Salyan səviyyəsi 825 sm, su sərfi 1680 m3/s təşkil edir (səviyyə 6 sm azalıb); Kür çayının Bankə səviyyəsi 493 sm təşkil edir (səviyyə 4 sm azalıb); Araz çayının Novruzlu səviyyəsi 731 sm, su sərfi 796 m3/s təşkil edir (səviyyə 3 sm artıb); Qanıx çayının Əyriçay səviyyəsi 760 sm, su sərfi 290 m3/s təşkil edir (səviyyə 7 sm azalıb).

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti