...

"Uşaqlara təmiz su – sağlam həyat" adlı layihə həyata keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2010 13:23 (UTC +04:00)
"Yeni həyat" İctimai Birliyi tərəfindən uşaqların ekoloji maarifləndirilməsi məqsədilə "Uşaqlara təmiz su - sağlam həyat" adlı layihə həyata keçirilib. Trend Xəbər Agentliyinin Mətbuat Mərkəzində çərşənbə axşamı "Yeni həyat" İctimai Birliyinin təşkil etdiyi mətbuat konfransında layihə barədə məlumat verilib və qeyd olunub ki, layihə Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.
"Uşaqlara təmiz  su – sağlam həyat" adlı layihə həyata keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir T.Hacıyev/

"Yeni həyat" İctimai Birliyi tərəfindən uşaqların ekoloji maarifləndirilməsi məqsədilə "Uşaqlara təmiz su - sağlam həyat" adlı layihə həyata keçirilib. Trend Xəbər Agentliyinin Mətbuat Mərkəzində çərşənbə axşamı "Yeni həyat" İctimai Birliyinin təşkil etdiyi mətbuat konfransında layihə barədə məlumat verilib və qeyd olunub ki, layihə Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.

Layihə çərçivəsində Yevlax və Mingəçevir şəhərlərinə səfərlər edilib; mayın 24-25-də uşaqlarla görüşlər keçirilib. Layihənin daha effektiv olması üçün üzərində layihənin adı olan banner, papaq və köynəklər, yaxa sancaqları, suyun sağlam həyat üçün vacibliyindən bəhs edən maraqlı məlumat və şəkillər istifadə olunmuş bukletlər, simvolik olaraq içməli sular və təqvimlər hazırlanıb.

Layihə çərçivəsində təmiz suyun üstünlükləri, insan həyatı üçün zəruriliyi və təmiz suyun əldə olunması üsulları ilə bağlı uşaqlar arasında maarifləndirmə işinin aparılması məqsədilə Mingəçevir və Yevlax şəhərlərində "dəyirmi masa"lar keçirilib.

Müzakirələr zamanı interaktiv təlim metodlarından istifadə edərək, uşaqların potensialı, suyun həyat üçün zəruriliyi barədə məlumatlılıq səviyyəsi artırılıb, verilən suallar cavablandırılıb.

"Dəyirmi masa"larda kənd yerlərində təmiz içməli suyun əldə olunmasının çətinliyi barədə müzakirələr aparılıb. Dövlətimizin bu problemin aradan qaldırılması ilə bağlı səylərindən bəhs edilib.

Xəbər lenti

Xəbər lenti