...

Azərbaycanda 8 milyon ağac əkilib - nazir (FOTO)

Cəmiyyət Materials 3 İyun 2010 12:55 (UTC +04:00)
Bu il Azərbaycanda elan olunmuş Ekologiya İli çərçivəsində 8 milyona yaxın ağac əkilib ki, onların 1,5 milyonu Abşeron yarımadasının payına düşür.
Azərbaycanda 8 milyon ağac əkilib - nazir (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

Bu il Azərbaycanda elan olunmuş Ekologiya İli çərçivəsində 8 milyona yaxın ağac əkilib ki, onların 1,5 milyonu Abşeron yarımadasının payına düşür.

2010-cu il Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ekologiya ili elan olunub.

İyunun 3-də Bakının Heydər Əliyev adına Hava Limanında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, BMT-in ətraf mühit üzrə proqramının direktoru Kristofer Buvye, müxtəlif nazirliklər və idarələrin nümayəndələri, KİV-in iştirakı ilə ağacların əkilməsi üzrə kampaniya təşkil edilib.

Xəbər lenti

Xəbər lenti