...

Qırğızıstandakı toqquşmalarda ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur – diaspor nümayəndəsi

Cəmiyyət Materials 15 İyun 2010 16:27 (UTC +04:00)
Qırğızıstanın Oş və Cəlalabad vilayətlərindəki toqquşmalarda həlak olan və yaralananlar arasında azərbaycanlılar yoxdur.
Qırğızıstandakı toqquşmalarda ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur – diaspor nümayəndəsi

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir M.Əliyev/

Qırğızıstanın Oş və Cəlalabad vilayətlərindəki toqquşmalarda həlak olan və yaralananlar arasında azərbaycanlılar yoxdur. Bu barədə Trendə "Azəri" Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin sədr müavini Əsəd Həsənov məlumat verib.

İyunun 11-nə keçən gecə Qırğızıstanın cənub şəhəri da qırğızlarla özbəklər arasında toqquşmalar başlayıb və sonradan qonşu Cəlalabad ərazisinə keçib. Toqquşmaların iştirakçıları bir-birilərini münaqişəni qızışdırmaqda və zor tətbiq etməkdə ittiham edirlər. Beynəlxalq təşkilatlar münasibət bildirməyə tələsmirlər.

"Bu regionlardakı mağazalar bağlıdır, küçələr yandırılmış maşınlarla doludur, evdən çıxmaq mümkün deyil. Lakin azərbaycanlılardan heç kim zərər çəkməyib, çünki toqquşmalarda onlar iştirak etmirlər", - Həsənov deyib.

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat mərkəzinin dəqiqləşdirilmiş məlumatına əsasən, iyunun 15-i saat 07:00-a olan vəziyyətə görə, həlak olanların sayı 171 nəfərə çatıb. Oş vilayətində ölənlərin sayı 128, Cəlalabad vilayətində isə 43 nəfər təşkil edir. İki vilayətdən tibbi yardım üçün cəmi 1762 nəfər müraciət edib ki, onlardan 826 nəfəri xəstəxanalara yerləşdirilib, 798-i isə ambulator yardım alıb.

"Son məlumatlara görə, bu regionlardan olan köçkünlər arasında azərbaycanlılar yoxdur", - Həsənov deyib.

Qırğızıstanın mülki aviasiya agentliyi iğtişaşların bürüdüyü ölkənin cənubundan 700-ü uşaq olmaqla, 2,2 mindən artıq adamı evakuasiya edib.

Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində 600-ə yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti