...

İngilis futbolunun əfsanəsi Toni Adams Hollandiya yığmasını 2010-cu ilin dünya çempionu kimi görür

Cəmiyyət Materials 6 İyul 2010 10:54 (UTC +04:00)
Əfsanəvi ingilis futbolçusu, "Qəbələ" Azərbaycan futbol klubunun məşqçisi Toni Adams Hollandiya yığmasını 2010-cu ilin dünya çempionu kimi görür.
İngilis futbolunun əfsanəsi Toni Adams Hollandiya yığmasını 2010-cu ilin dünya çempionu kimi görür

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Əfsanəvi ingilis futbolçusu, "Qəbələ" Azərbaycan futbol klubunun məşqçisi Toni Adams Hollandiya yığmasını 2010-cu ilin dünya çempionu kimi görür.

"Mən elə gəlir ki, Hollandiya dünya çempionu adını qazanmağa qadirdir. Lakin bununla yanaşı, Almaniya komandası da əla oynayır", - Adams bildirib.

Futbol üzrə Dünya Çempionatının yarımfinal oyunlarında çərşənbə axşamı Hollandiya və Uruqvay, iyulun 7-də isə İspaniya və Almaniya yığmaları oynayacaq. Çempionatın final oyunu iyulun 11-də keçiriləcək.

Adams Londonun "Arsenal" klubunun və İngiltərə yığmasının əfsanəvi futbolçusu olub. O, dörd dəfə İngiltərə çempionu, üç dəfə İngiltərə kubokunun və iki dəfə futbol liqasının kubokunun, üç dəfə İngiltərə superkubokunun və UEFA kubokunun sahibi olub. O, İngiltərənin "Portsmut" komandasının məşqçisi olub. Adams "Qəbələ" FK-ya 2010-cu ilin mayından məşqçilik edir.

Xəbər lenti

Xəbər lenti