...

Azərbaycanda məhkum həyat yoldaşına narkotik maddə verən qadın yaxalanıb

Cəmiyyət Materials 9 İyul 2010 18:40 (UTC +04:00)
Azərbaycanda məhkum həyat yoldaşına narkotik maddə verən qadın yaxalanıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanda məhkum həyat yoldaşına narkotik maddə verən qadın yaxalanıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda məhkum həyat yoldaşına narkotik maddə verən qadın yaxalanıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda deyilir ki, iyulun 7-də 17 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 1970-ci il təvəllüdlü, satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə və saxlama maddəsinə görə 2 il müddətinə həbsdə olan Həsənov Vilayət Miryaqub oğlunun yanına uzunmüddətli görüşə gəlmiş arvadı Aidə Həsənovanın üzərinə və əşyalarına baxış keçirilən zaman 1,82 qram narkotik maddə olan "həşiş qətranı" aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat aparılır.

Xəbər lenti

Xəbər lenti