...

Azərbaycanda mənzillərin jurnalistlərə paylanmasında şəffaflığın təminatı üçün xüsusi komissiya yaradılacaq - fond rəhbəri Vüqar Səfərli

Cəmiyyət Materials 23 İyul 2010 15:10 (UTC +04:00)
Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bina tikiləcək, - bunu cümə günü Trend-ə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib.
Azərbaycanda mənzillərin jurnalistlərə paylanmasında şəffaflığın təminatı üçün xüsusi komissiya yaradılacaq - fond rəhbəri Vüqar Səfərli

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bina tikiləcək, - bunu cümə günü Trend-ə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib.

"Mənzillərin jurnalistlərə paylanmasında şəffaflığın təminatı üçün xüsusi komissiya yaradılacaq", - Səfərli bildirib.

Trend-in arayışı: Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılması qeyd olunur.

Səfərli deyib ki, binaya birinci növbədə sahənin ayrılması üçün aidiyyəti qurumlarla müzakirə aparılacaq və onun layihəsi hazırlanacaq.

"Sonra həmin vəsaitə uyğun nə qədər mənzilin tikilməsi müəyyənləşdiriləcək. Daha sonra mənzillərin, ilk növbədə, hansı kriteriyalı jurnalistlərə ayrılması üçün ictimai müzakirələrə başlanılacaq və mənzillərin paylanması mexanizmi müəyyənləşdiriləcək", - fondun rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti